BaşlıcaBeynəlxalq

Nikol Paşinyan və Donald Tusk Ermənistan–Polşa çoxsahəli əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Polşa Respublikasına rəsmi səfəri davam edir. Alınan məlumata görə, Ermənistan Respublikasının  Baş naziri aparatından bildirilib ki, səfərin ikinci günü Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə Polşa Respublikasının Baş naziri Donald Tusk arasında görüşlə başlayıb.

 Əvvəlcə rəsmi qarşılama mərasimi keçirilib, bundan sonra iki ölkə rəhbərlərinin təkbətək görüşü baş tutub.

Donald Tusk Ermənistanın Baş nazirinin rəsmi səfərini alqışlayaraq, bunun ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.

Polşanın Baş naziri Ermənistanla əməkdaşlığın genişləndirilməsini, xüsusilə iqtisadiyyat, infrastruktur, təhlükəsizlik, təhsil, elm və digər sahələrdə önəmli hesab edib.

Donald Tusk, həmçinin, Polşa hökumətinin Ermənistanla qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu, o cümlədən Avropa Birliyinin üzv dövləti kimi bu istiqamətdə səylərini vurğulayıb.

Baş nazir Nikol Paşinyan səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, Polşa ilə çoxtərəfli əməkdaşlığın davamlı inkişafının vacibliyini qeyd edib.

Baş nazir Ermənistanda institusional islahatların həyata keçirilməsində Polşanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun davamlı olacağına ümid etdiyini bildirib.

Ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi kontekstində Nikol Paşinyan iqtisadi əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb.

Nikol Paşinyan, həmçinin, Ermənistan–AB əməkdaşlığının dərinləşdirilməsi prosesində Polşanın rolunu qeyd edib.

Həmsöhbətlər birgə proqramların həyata keçirilməsinə dair bir sıra məsələləri müzakirə ediblər. Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması prosesi, TRIPP təşəbbüsünün icrası, eləcə də Ermənistan–AB əməkdaşlığının gələcək inkişafı ilə bağlı mövzulara da toxunulub.

Daha çox göstər
Back to top button