BaşlıcaSiyasət

Hökumət ilk dəfə şayiələri  təsdiqləyib: “Rusiya sərhədçiləri Ermənistanın sonuncu “Axurik” keçid məntəqəsindən çıxarılıb”

ER hökuməti ilk dəfə olaraq rəsmi şəkildə təsdiq edir ki, Ermənistan-Türkiyə sərhədinin “Axurik” keçid nöqtəsindən rus sərhədçiləri çıxarılıb və orada xidmət Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları tərəfindən həyata keçirilir.

 Bu barədə Factor.am saytı Ermənistan hökumətinin 2025-ci il proqramının icmal hesabatının təhlili zamanı məlumat əldə edib.

“2025-ci il martın 1-dən Ermənistan-Türkiyə dövlət sərhədinin “Markara” keçid nöqtəsində xidmət yalnız Ermənistan MTX Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

2026-cı ilin əvvəlindən Ermənistan-Türkiyə dövlət sərhədinin “Axurik” keçid nöqtəsində də xidmət yalnız Ermənistan MTX Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Hazırda Ermənistan dövlət sərhədinin heç bir fəaliyyət göstərən keçid nöqtəsi yoxdur ki, MTX Sərhəd Qoşunlarının tam nəzarəti altında olmasın”- deyərək hesabatda qeyd olunub:

Xatırladaq ki, ilin əvvəlində “Axurik” keçid nöqtəsindən Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı məlumatlar yayılsa da, mərkəzi hakimiyyət orqanları bu məlumatı təsdiq etməmişdi. Yalnız “Axurik” icmasının inzibati rəhbəri qeyd etmişdi ki, müəyyən proseslər həyata keçirilir, xüsusən də ərazidə Ermənistan dövlət bayrağı qaldırılıb.

Daha əvvəl məlum olub ki, rus sərhədçiləri həmçinin Ermənistan-İran sərhədinin keçid nöqtəsindən və “Zvartnots” hava limanından da çıxarılıb.

Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində xidmət indi erməni sərhədçiləri tərəfindən həyata keçirilir.

Eyni zamanda, Ermənistan hakimiyyətləri Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını planlaşdırmır. Baş nazir Nikol Paşinyan keçən gün Polşanın Beynəlxalq Münasibətlər İnstitutunda iştirakçıların suallarına cavab verərkən dedi:

“Bizim heç bir planımız yoxdur və Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir narahatlıq da yoxdur. Biz Rusiya ilə sıx işbirliyi edirik və çox güclü iqtisadi və siyasi əlaqələrə sahibik”.

Daha çox göstər
Back to top button