
Fevralın 26-da İranın ER- dakı Fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolam Yerevan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllim və tələbələri ilə görüşdə çıxış edərək bildirib:
“Əgər ABŞ səmimi və ədalətli danışıqlara hazırdırsa, İran həmişə hazırdır. Lakin təcavüz halında cavabımız sərt olacaq”.
Səfirin sözlərinə görə, bir ölkənin digər ölkələr və bütün dünya üçün qərar qəbul etdiyi dövr başa çatıb:
“Müharibədə heç bir yaxşı şey yoxdur, amma biz mədəniyyətimizi təslim olmağa məcbur edə bilmərik”.
O, son həftələrdə ABŞ-nin İran ətrafında böyük hərbi qüvvələr yığdığını xatırladaraq bunu ABŞ Prezidenti Donald Trampın “sülhün qüvvə yolu ilə qurulması” yanaşmasının təzahürü adlandırdı:
“Bu yanaşmanı şərh etsək, onun mənası güclə hökmranlıq qurmaq istəyidir”.
Eyni zamanda, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkofun yaxınlarda etdiyi açıqlamaya istinad edən Şirqolam qeyd edib:
“Tramp İranın dözümlülüyü və təslim olmaması qarşısında heyrətə gəlib. Onların hesablaması belə idi ki, əgər bir ölkə digərinin sərhədinə nəhəng hərbi qüvvə yığsa, qarşı tərəf qorxub təslim olar. Bu, İran haqqında yanlış anlayışlardan qaynaqlanır”.
:
“Qədim mədəniyyətlərlə qarşılaşdıqda ‘biznes-yanaşma’ işləmir. 7000 illik tarixə malik bir mədəniyyətə belə münasibət yolverilməzdir. Kimliyimiz bizim qürurumuzdur. Biznes məntiqi qədim mədəniyyətlərə şamil edilə bilməz. Buna görə də İran sərhədlərindəki hərbi yığıncaqdan qorxmur” – deyərək səfir vurğulayıb
Şirqolam İranın ABŞ təzyiqlərinə qarşı müqavimətini və öz suverenliyini qorumaqda qətiyyətini bir daha vurğulayıb.
Danışıqların yalnız bərabər şərtlərlə mümkün olduğunu bildirib.
Mənbə factor.am.







