BaşlıcaSiyasət

Erməni ekspert Moskvanın Ermənistan və Azərbaycanda uğursuz siyasəti haqqında: “Rusiya “vurulmuş pilotdur”

Bəli, Rusiya “vurulmuş pilotdur”. O, artıq Cənubi Qafqazda təhlükəsizlik monopoliyasına malik deyil. Bu barədə fevralın 26-da Yerevanda Qorçakov Fondu tərəfindən təşkil olunan “Avrasiya dialoqu – Ermənistan” beynəlxalq analitik proqramının təqdimatında politoloq Aleksandr İskandaryan bəyan edib.

Ekspertin sözlərinə görə, əlamətdar haldır ki, bu fikirdə təkcə Ermənistanda və ya, deyək ki, Baltikyanı ölkələrdə və Ukraynada deyil, həm də bütün postsovet məkanında, o cümlədən Rusiyanın özündə də düşünürlər.

 “Baş verənlərin ümumən qanunauyğun olduğu tezisi mövcuddur. Və belə bir tezisi təkcə Ermənistanda görmək olmaz” – deyə İskandaryan bildirib.

O, vurğulayıb ki, hazırda Ermənistanda baş verənlər 2020-2024-cü illərin nəticəsidir:

“Düşünürəm ki, bu illərin hər biri əvvəlki il olmadan mümkünsüz idi. Nəzərdə tuturam həm ermənilərin 2020-ci il müharibəsində sarsıdıcı məğlubiyyətini, həm Rusiya-Ukrayna müharibəsinin başlanmasını, həm də postsovet məkanında vəziyyətin dəyişməsini”.

O, eyni zamanda xüsusi olaraq Dağlıq Qarabağ hadisələri üzərində dayanıb. İskandaryanın sözlərinə görə, Dağlıq Qarabağın itirilməsi faktiki olaraq Rusiyanı Ermənistan və Azərbaycana təsir imkanından məhrum edib ki, bunu ekspert “siam əkizləri” ilə müqayisə edib.

Politoloq qeyd edib ki, Azərbaycan rəhbərliyinin stolunun üstündə indi birinin əvəzinə iki telefon var. Onlardan biri Moskva ilə, digəri isə Türkiyə ilə əlaqə saxlayır. Və bu gün kimin zənginin Bakıda nəzərə alındığı aydındır.

İskandaryan əmindir ki, Moskvadan təkcə bir zənglə Cənubi Qafqazda döyüş əməliyyatlarının aktiv fazasını dayandırmağın mümkün olduğu vaxtlar geridə qalıb. İndi vəziyyət fərqlidir.

 O, mahiyyətcə, mövcud reallığı nəzərə almağa və Ermənistanın siyasi rəhbərliyinin bəzi addımlarına anlayışla yanaşmağa çağırıb, çünki onun praktiki olaraq başqa çıxış yolu yoxdur.

 Əlavə edib ki, regionda Ermənistanın əsas müttəfiqi oyundan kənar vəziyyətə düşüb. Nəticə etibarilə, Ermənistan təhlükəsizliyin əsas mexanizmindən və mənbəyindən məhrum olub.

“2022-ci ildə Ermənistan Rusiya Federasiyasından silah almaq imkanından məhrum oldu. Risklər əvvəlki kimi ciddidir. Ağac parçaları ilə döyüşmək o qədər də yaxşı alınmır” – deyə ekspert qeyd edib.

Yuxarıda qeyd olunanlardan çıxış edərək, ekspert Rusiyaya mümkün ikitərəfli əməkdaşlığın digər sahələrinə diqqət yetirməyi təklif edib. Məsələn, mədəni və iqtisadi komponentlərə.

Daha çox göstər
Back to top button