BaşlıcaSiyasət

Anita Hipper Azərbaycanda saxlanılan erməni əsirlər barədə: “Bu mühüm humanitar məsələ həll olunmalıdır”

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə baş sözçüsü Anita Hipper Azərbaycanda saxlanılan erməni əsirlərin məsələsinə toxunaraq, Avropa Birliyinin bu mühüm humanitar problemin həll olunmalı olduğu barədə mövqeyini bir daha təsdiqləyib.

Alınan məlumata görə, Anita Hipper bu barədə növbəti brifinq zamanı Civilnet-in sualını cavablandırarkən danışıb.

Jurnalist soruşub ki, Azərbaycanda saxlanılan erməni əsirlərin məsələsi Avropa Birliyinin gündəliyindədirmi və bu mövzu Azərbaycanla təmaslarda nə dərəcədə qaldırılır.

“Ümumi olaraq qeyd edim ki, biz Ermənistan və Azərbaycanı sülh prosesində dəstəkləyirik. Dəstəyimizi nümayiş etdirmişik və bir neçə ildir tərəflər və beynəlxalq tərəfdaşlarla uzunmüddətli sülh üçün şərait yaradılması istiqamətində çalışırıq.

Əsirlərlə bağlı isə mövqeyimiz aydındır: bu mühüm humanitar məsələlər, o cümlədən itkin düşənlərin taleyi və Azərbaycanda saxlanılan ermənilərin məsələsi həll olunmalıdır” – deyə Anita Hipper bildirib.

Azərbaycan 19 erməni əsirini, o cümlədən Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələrini saxlamaqda davam edir.

Onlara qarşı Azərbaycanda qaldırılmış cinayət işləri əsasında keçirilmiş məhkəmə proseslərinin nəticəsində azadlıqdan məhrumetmə cəzaları çıxarılıb.

Xüsusilə, Dağlıq Qarabağın keçmiş Prezidenti Arayik Harutyunyan, keçmiş dövlət naziri Ruben Vardanyan, keçmiş Xarici işlər naziri David Babayan, müdafiə ordusunun keçmiş komandanı Levon Mnatsakanyan, komandanın keçmiş müavini David Manukyan və Parlamentin keçmiş sədri David İşxanyan ömürlük azadlıqdan məhrum ediliblər.

Dağlıq Qarabağın keçmiş prezidentləri Arkadi Ğukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il azadlıqdan məhrum ediliblər.

David Allahverdyan 16 il, Erik Ğazaryan, Gurgen Stepanyan və Vasili Beglaryan 15 il, Qarik Martirosyan isə 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha çox göstər
Back to top button