BaşlıcaSiyasət

Moskva AB-nin “Hibrid Sürətli Reaksiya Qrupu”na bənzər işçi qrupu Ermənistana göndərməyi təklif edir

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə AB tərəfindən Ermənistanda seçkilər ərəfəsində “Hibrid Sürətli Reaksiya Qrupunun” yerləşdirilməsinə cavab verib.

Onun sözlərinə görə, Ermənistana sürətli reaksiya qrupu göndərmək açıq-aydın moldova ssenarisidir.

“Digər ölkələrin təcrübəsi göstərir ki, AB ekspertlərinin seçkiqabağı mərhələdə cəlb olunması Ermənistanın suverenliyini möhkəmləndirəcəyi şübhəlidir.

Əksinə olacaq. Biz, əlbəttə, Ermənistan Ədliyyə nazirliyinin AB-dən dəvət olunmuş ekspertlərin işinin Rusiyaya qarşı yönəlməyəcəyi barədə şərhlərini də qeydə aldıq.

 Bunu nəzərə alaraq, Erməni tərəfinin dəvəti olduğu təqdirdə, bu cür tapşırıqlarla qrupu ölkəyə göndərməyə hazırıq” – deyərək Zaxarova bildirib.

Daha çox göstər
Back to top button