BaşlıcaMədəniyyət
YTS nazirlyi: “Starnik şirkətinin terminatorlarının 100 ədəd yeni partiyası artıq Ermənistandadır”

Amerikanın Starlink şirkəti ilə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi (YTS) nazirliyi arasında əməkdaşlıq çərçivəsində Ermənistan hökumətinə hədiyyə edilmiş terminalların 100 ədəd yeni partiyası artıq ölkəyə çatıb.
Bu barədə nazir Mxitar Hayrapetyan “Facebook” səhifəsində paylaşım edib.
Nazir bildirib ki, Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi ilə birlikdə avadanlıqlar sürətli və sabit internetə daha çox ehtiyacı olan məktəblərdə quraşdırılacaq.
Məqsəd odur ki, hətta ən ucqar yaşayış məntəqələrindəki şagirdlər belə müasir təhsil alətlərindən və rəqəmsal platformalardan bərabər şəkildə istifadə imkanı əldə etsinlər.







