
ABŞ-da nəşr olunan nüfuzlu beynəlxalq qəzet olan Los Angeles Times-a verdiyi müsahibədə Ermənistanın infrastrukturunun inkişaf perspektivlərindən danışdım, “Sülhün kəsişməsi” təşəbbüsünə, Şimal-Cənub proqramına toxundum. Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu barədə Facebook səhifəsində yazıb.
“Mən həmçinin enerji sektorundan danışdım və qeyd etdim ki, Ermənistan bərpa olunan enerji gündəliyini sürətlə inkişaf etdirir.
Ermənistan investorlar üçün açıq və cəlbedici bir məkana çevrilir.
Strateji infrastruktur, bərpa olunan enerji və ağıllı texnologiyalar yeni Ermənistan reallığını yenidən formalaşdırır”, – deyə nazir yazıb.







