
Avropa Parlamentinin prezidenti Roberta Mezzola İrandakı hadisələr fonunda Avropa vətəndaşlarının təxliyəsində göstərdikləri köməyə görə Ermənistana və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib.
“Armenpress”in məlumatına görə, Mezzola bunu Strasburqda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə bəyanatda bildirib.
“Son günlərdə İrandakı hadisələr fonunda Ermənistan mühüm humanitar dəhlizə çevrilib. Sizə təşəkkür etmək istəyirəm. Avropa vətəndaşlarının təxliyəsinə kömək etdiyiniz üçün təşəkkür edirəm”, – deyə Mezzola Paşinyana müraciət edərək bildirib.







