BaşlıcaSiyasət

MDB Parlamentlərarası Assambleyası Ermənistan Parlamentinə seçkilərdə müşahidəçi olmaq üçün dəvət alıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyası bu il Ermənistanda keçiriləcək parlament seçkilərində müşahidəçilik fəaliyyəti həyata keçirmək üçün dəvət alıb.

Alınan məlumata görə, bu barədə MDB Parlamentlərarası Assambleyası Şurasının katibliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, bununla bağlı Ermənistan Respublikasının Parlamentinin sədri Alen Simonyanın məktubu MDB Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya göndərilib.

Məlumata görə, məktubda MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətinə Ermənistanda keçiriləcək parlament seçkilərinin beynəlxalq müşahidəsində iştirak etmək üçün dəvət yer alıb.

“Məktubda xüsusilə qeyd olunur ki, Ermənistan hakimiyyəti seçkiləri demokratik normalara və standartlara uyğun, azadlıq, ədalət və şəffaflıq ruhunda keçirməyə sadiqdir”.

Ermənistan Respublikası Parlamentinə seçkilər 7 iyun 2026-cı ildə keçiriləcək.

Daha çox göstər
Back to top button