BaşlıcaSiyasət

Paşinyan:  “Yaxın Gələcəkdə Əldə Edilmiş Silahları ictimaiyyətə nümayiş etdirəcəyik”

Yaxın gələcəkdə hakimiyyət orqanları son illərdə əldə edilmiş silahları ictimaiyyətə təqdim etməyi planlaşdırır.

 Alınan məlumata görə, “Mülki Müqavilə” Partiyasının nümayəndələri ilə Qapanda sakinlərlə görüşərkən  bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

“Silahlarla bağlı. İki-üç ay əvvəl bəyan etdik ki, vətəndaşlardan kimlər nə əldə etdiyimizi görmək istəyirsə, aparıb göstərəcəm. Artıq bir neçə qrupu dəvət etmişəm, getmişik, lakin insanların sayı o qədər çoxdur ki, belə qənaətə gəldik ki, hamıya ictimai şəkildə nümayiş etdirməliyik.

 Və indi düşünürük ki, yaxın gələcəkdə ictimai nümayiş keçirək ki, vətəndaşlarımız nədən söhbət getdiyini görsünlər. Lakin biz bunu həm də sülhü vurğulayaraq və sülh kontekstində edirik.

 Sülh olduğu üçün, qonşularımızla gərginlik yoxdur, ümid edirik ki, qonşularımız bunu aqressivlik nümayişi kimi qəbul etməyəcəklər. Biz öz xalqımız qarşısında hesabat verəcəyik.

Bu, yəqin ki, may ayında baş verəcək ki, nə etdiyimizi, nə əldə etdiyimizi göstərək. Yalnız bizim hakimiyyətimiz dövründə və əsasən 2022-ci ildən sonra əldə edilmiş silahları nümayiş etdirəcəyik. Bəli, indi sülh var, lakin bu o demək deyil ki, müdafiə qabiliyyətli orduya malik olmamalıyıq. Çünki ordusuz ölkə təcavüz üçün bir cazibə mərkəzinə çevrilə bilər”- deyə Paşinyan bildirib.

Daha çox göstər
Back to top button