
RF xüsusi xidmət orqanları ölkəmizdə iyun ayında keçiriləcək ümumrespublika seçkilərinə müdaxilə etməyə çalışır.
Onlar erməni əsilli iş adamlarına təzyiq göstərərək, onlardan on minlərlə seçici toplamağı, öz hesablarına onları Ermənistana gətirməyi və tələb etdikləri siyasi qüvvənin xeyrinə səs verməyə məcbur etməyi istəyirlər.
Bu haqda “Müstəqil müşahidəçi” ittifaqının nümayəndəsi Daniel İonesyan bildirir.
Məlum olub ki, müəyyən dairələr artıq may ayının sonu və iyunun ilk günləri üçün yüzlərlə avtobus sifariş ediblər.
Faktlar Ermənistanın Xarici Kəşfiyyat Xidmətində də mövcuddur.
Hüquq-mühafizə orqanları ayıq-sayıq olacaqlarını, cinayət məsuliyyəti yaradan hər hansı hərəkəti aşkar edib cəzalandıracaqlarını bildirirlər.
Dövlət Gəlirləri Komitəsi də nağd pul dövriyyəsinə sərhəd nəzarətini gücləndirir.
Siyasi şərhçilər qeyd edirlər ki, başqa dövlətin kobud müdaxilə mexanizmi yeni deyil, lakin ölkəmizdə bunu ilk dəfə tətbiq etməyə çalışırlar, çünki əmin olublar ki, Ermənistanda bu gün seçiciləri rüşvətlə almaq mümkün deyil.
Xarici müdaxilə cəhdləri haqqında reportaj İrina Mkrtçyan tərəfindən hazırlanıb.







