BaşlıcaSiyasət

Baş nazir Putinin diqqətinə RF rəhbərliyinin Qarabağla bağlı açıqlamalarını çatdırıb

ER  Baş naziri Nikol Paşinyan Ermənistanın Qarabağ hərəkatını davam etdirməməli olduğunu bildirib. O, Yerevan və Bakının artıq qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb.

Alınan məlumata görə, RF Prezidenti Vladimir Putinlə görüş zamanı Paşinyan Ermənistanın mövqeyinin artıq formalaşmış yeni reallığa əsaslandığını qeyd edib.

“Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub və hər iki ölkə bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyıb” – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, bu yanaşma 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır.

“Bu o deməkdir ki, biz müstəqil Ermənistanın 100 faiz Sovet Ermənistanı, müstəqil Azərbaycanın isə Sovet Azərbaycanı ilə eyni olmasını qəbul edirik” – deyə Paşinyan qeyd edib.

Baş nazir həmçinin vurğulayıb ki, bu yanaşma regionda dayanıqlı sülh üçün əsas təşkil edir.

Eyni zamanda o, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, bunun Rusiyanın ali rəhbərliyi tərəfindən bu barədə səsləndirilən açıqlamalardan sonra baş verdiyini qeyd edib.

“Bəli, biz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıq. Lakin biz bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi iki dəfə açıq şəkildə bu barədə danışdıqdan sonra etdik” – deyə Paşinyan bildirib.

Paşinyan həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərə toxunaraq vurğulayıb ki, 2022-ci ildə baş verən hadisələr zamanı qurumun mexanizmləri işləməyib.

“Biz indi KTMT-nin işində iştirak etmirik, çünki öz vətəndaşlarımıza izah edə bilmərik ki, nə üçün təşkilat öhdəliklərinə baxmayaraq reaksiya vermədi” – deyə o, bildirib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, 2022-ci ildə Praqada Ermənistan tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra bu, Azərbaycanın daxili işinə çevrilib.

O, həmçinin qeyd etmişdi ki, bu hal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxilə imkanlarını məhdudlaşdırıb.

Daha çox göstər
Back to top button