Başlıcaİctimaiyyət

Qalibaf: Yeni Culfanın Surb Maryam kilsəsində  mərhum Hovhannes Simonyanın dəfn mərasimi keçirilib

Keçən həftə Yeni Culfanın Surb (Müqəddəs)Maryam kilsəsində   həyatını  itirmiş Hovhannes Simonyanın təntənəli dəfn mərasimikeçirilib.

O, ötən ay vətən müharibəsində həlak olmuş ilk iranlı xristiandır. Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf X sosial şəbəkəsində yazıb.

Qalibafın sözlərinə görə, Hovhannes Simonyan İsrailin İsfahanın dinc sakinlərinə qarşı həyata keçirdiyi amansız bombardman nəticəsində həlak olub.

“Pasxanın bu  bayram günü sizdən xahiş edirəm ki, məhrum Hovhannes Simonyanın ruhunun rahatlığı naminə  dua edəsiniz.

Qoy onun  vicdanlı ruhu Hisus  Kristosun sevgi dolu qucağında əbədi rahatlıəını tapsın.

Onun Vətənin müdafiəsi uğrunda göstərdiyi fədakarlıq bütün iranlıların birliyinin göstəricisidir” – deyə İran parlamentinin sədri qeyd edib.

Daha çox göstər
Back to top button