BaşlıcaEkonomika

Təhdid, yoxsa xəbərdarlıq? Ermənistanda Rusiyadan səslənən açıqlamalar necə şərh olunur

Ermənistanın Baş naziri və Rusiya Prezidentinin son görüşündən sonra erməni-rus münasibətlərinin gündəliyinə rus tərəfi, mahiyyət etibarilə, yeni mövzular əlavə etdi ki, bunlar da aktiv müzakirə və şərhlərə səbəb oldu.

 Moskvadan səslənən bəzi açıqlamalar Ermənistanda müxtəlif cür qarşılandı. Bir tərəfdən onlar təhdid kimi, digər tərəfdən isə xəbərdarlıq kimi xarakterizə olunur.

Paşinyan-Putin görüşündən sonra RF-nın vitse-prezidenti və Kreml sözçüsü səviyyəsində Ermənistan üçün yarana biləcək enerji və iqtisadi təhlükələr təqdim edilmişdi – əgər Yerevan AB-nə doğru getmək qərarına gələrsə.

Ermənistan hələ Avropa Birliyinə  üzvlük məsələsi ilə bağlı müraciət etməyib, lakin Rusiya artıq hesablanmış təhdidlərin və ya xəbərdarlıqların ilk mesajını ünvanladı.

 RF vitse-prezidenti Aleksey Overçuk və Kreml sözçüsü Dmitri Peskov kifayət qədər şəffaf şəkildə Ermənistanın AB-nə gedən yolda nələrlə üzləşə biləcəyindən danışdılar.

“İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan, məsələn, enerji sahəsinə aid xəbərdarlıqlardan – qazın güzəştli tarifinin yenidən nəzərdən keçirilməsi ehtimalı və atom elektrik stansiyasının gələcəyi ilə bağlı məsələlərdən olduqca narahat olduğunu bildirib. Marukyan ümumilikdə əmindir ki, rus tərəfi taktikasını dəyişib və Ermənistan vətəndaşları ilə birbaşa, açıq mətnlə ünsiyyət qurmağa üstünlük verib.

“Aydın şəkildə bizə mesaj verilib ki, biz ən ucuz qazı alırıq – sərhəddə 1000 kubmetr qaz üçün 177.7 dollar ödəyirik. Sizə deyim ki, evə çatan qazın qiyməti 340 dollar civarındadır.

Bu o deməkdir ki, qaz evə çatana qədər bir çox hallar var ki, qazın qiyməti qalxır. İndi deyirlər ki, siz Avropaya getsəniz, bu proses ancaq ona gətirib çıxara bilər ki, bizim qazımız 600 dollar ola bilər, yaxşı qoy 400 dollar olsun.

Bu o deməkdir ki, Ermənistanda bütün istehsalatlar, nə istehsal olunursa, o cümlədən enerji, bunların hamısı dəfələrlə bahalaşa bilər. Bu o deməkdir ki, indi rəqabətqabiliyyətli olan hər hansı bir şey – nə istehsal edib rəqabət aparırıqsa – rəqabətsiz hala düşə bilər”.

Digər təhlükəli xəbərdarlıq Rusiyanın vitse-prezidenti Overçukun geniş məqaləsində idi. O, aşağıdakılarla xəbərdarlıq edir:

 Əgər Ermənistan atom elektrik stansiyasının yeni enerji blokunu tikmək qərarı qəbul etməsə, 2031-ci və ya 2036-cı illərdə artıq erməni xalqının erməni AES-i olmayacaq, bu isə enerji resurslarının çatışmazlığına gətirib çıxaracaq.

Bu mənfi ssenarini İqtisadiyyat naziri Gevorq Papoyan real hesab etmir. O, Ermənistan üçün qazın tarifinin dəyişməyəcəyini düşünür və Ermənistanın Aİİ və KTMT tərkibində əhəmiyyətini və iştirakını qiymətləndirməməməyə çağırır.

“Əgər Ermənistan bu güzəştləri almalıdırsa, bəs onda niyə bu ittifaqda qalsın? Bu, birincisi.

Bəs Ermənistan Aİİ-dan əvvəl nə vəziyyətdə idi? Heç nə. Xatırladım ki, 2013-2016-cı illərdə iqtisadi artım 1-2% təşkil edib.

Məncə, müsbət inkişafların tamamilə AİB ilə əlaqəsi yoxdur, bizim iqtisadiyyatımızın inkişafı ilə bağlıdır. Ümumiyyətlə, məsələn, Gürcüstan Rusiya ilə necə işləyir?

Özbəkistan Rusiya ilə necə işləyir? Azərbaycan RF ilə necə işləyir? Onlar AİB üzvü deyillər, elə deyilmi? Nəhayət, Ermənistan Aİİ-na  çox şey verir, o cümlədən Ermənistanın ərazisindən Aİİ ərazisinə çoxlu mallar gedir ki, bunlar Aİİ ölkələrinə lazımdır.

Mən çox yaxşı bilirəm ki, bizim nə qədər əhəmiyyətimiz var və bu əhəmiyyət, məncə, qazın qiymətindən daha baha dəyər.

Ümumiyyətlə, bu dünyada heç nə pulsuz deyil, o cümlədən qazın qiyməti və Ermənistanda 185 dollar olan qazın qiyməti. Bu bizim gözəl gözlərimizə görə deyil”.

Bu inamın yanında, RF vitse-prezidentinin başqa bir xəbərdarlığı var ki, ona görə AB-nə qoşulduqdan sonra Ermənistanın Rusiya ilə hava əlaqəsi olmayacaq.

 Overçuk bunu onunla əsaslandırıb ki, Rusiya bu gün AB üzvü olan ölkələrlə hava əlaqəsinə malik deyil, ona görə də eyni şey Ermənistana da olacaq, əgər AB-nə qoşularsa.

Overçukun sözlərindən sitat:

“Bu çox kobud səslənə bilər, lakin biz Ermənistanda yaşayan insanların başa düşməsini istəyirik ki, əgər bu baş verərsə, uçuşlar olmayacaq, çünki Avropa Birlyinə yaxınlaşmaq üçün qərarlar qəbul edilib”.

Rus rəsmiləri, lakin, əlavə edirlər ki, vəziyyət hələ son dərəcə kəskin deyil. Erməni tərəfi anlayışla Rusiyanın narahatlıqlarına yanaşır – RF XİN rəhbəri Sergey Lavrov bəyan edib.

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov isə dəfələrlə bəyan edib ki, İrəvan Aİİ və Avropa Birliyinə eyni vaxtda üzvlüyün qeyri-mümkünlüyünü başa düşür.

Bu fikri Ermənistanın Baş naziri də Rusiya prezidenti ilə görüşdə, seçim etmək anından danışarkən ifadə etmişdi. Ermənistanda hesab edirlər ki, bu an hələ gəlməyib. Parlament sədri sədri Alen Simonyan:

“Bu cür söhbətlər yeni deyil – mallarla bağlı, qazın qiyməti ilə bağlı illərdir davam edir. Deməliyəm ki, bu halda, əgər onlar belə bir qərar qəbul etsələr, Ermənistan da öz qərarını qəbul edəcək və həm KTMT-dən, həm Aİİ-dan, həm də qalan strukturlardan tamamilə çıxacaq.

Amma məsələnin buna gələcəyini düşünmürəm, çünki bilirəm ki, iki ölkə rəhbəri arasında çox yaxşı söhbət olub – çox işgüzar, çox səmərəli. Təsdiq edirəm: biz Rusiyaya qarşı heç nə etməyəcəyik, etməmişik və etmək fikrində deyilik, eyni zamanda biz Ermənistanın mənafelərini müdafiə etmişik və etməyə davam edəcəyik”.

MDB, AİB və KTMT-də Ermənistanın qalıb-qalmamaq məsələsində bir incəlik var ki, bu barədə çox az danışılıb” – deyə analitik Areq Koçinyan  qeyd edib.

“Rusiyanın bizi bu strukturlardan çıxarmaq üçün aləti yoxdur, çünki bu strukturlardan bir dövlətin iradəsi ilə digər dövləti çıxarmaq mümkün deyil.

Bizdə isə bu strukturların fəaliyyətini torpedo etmək və onları fəaliyyətsiz hala gətirmək üçün bütün alətlər var. Biz elə edə bilərik ki, Aİİ-da, KTMT-də, MDB-də heç bir qərar qəbul edilməsin, ümumiyyətlə, bu strukturlar işlək olmasın.

Bu qeyri-mütənasib cavab və ya qeyri-mütənasib cavab məntiqində, əgər qarşımızda belə bir qərar qoyulursa ki, indi bu qərarı qəbul edin, biz nəinki bu qərarı qəbul etməyəcəyik, ümumiyyətlə heç bir qərar qəbul etməyəcəyik və müvafiq olaraq KTMT və Aİİ də heç bir qərar qəbul etməyəcək.

 Bunun kimə xeyri olacaq? Heç kimə və ilk növbədə Rusiyaya xeyri olmayacaq”.

Siyasi elmlər doktoru Stepan Qriqoryanın qənaətincə, qərar qəbul etmək anı hələ çox uzaqdır.

“Hamımız bilirik ki, AB və Aİİ-nın oyun qaydaları bir-birinə uyğun gəlmir. Niyə durmadan təkrar edirlər? Üstəlik, Ermənistan hələ AB-nə üzvlük üçün müraciət də etməyib ki, deyək Ermənistan rəsmən müraciət etdi, AB nə vaxtsa cədvəl göstərəcək və, deyək ki, 10-15 ildən sonra problem yaranacaq.

Deməli, rəsmilər bu cür sözləri boş yerə deyirlər. Bundan başqa, Aİİ çərçivəsində işdən, vergilərdən, rüsumlardan yığılıb Aİİ mərkəzinə göndərilən puldan Ermənistanın çox kiçik bir hissəni geri alması böyük sirr deyil. Bu da böyük sirr deyil, deməli, nə nağıl danışırlar?”.

Lakin bəzi iqtisadi sərtləşdirmələri Rusiya artıq edib. Bu ölkənin kənd təsərrüfatı nəzarətinin rəhbəri bəyan edib ki, bir neçə il əvvəl yaranmış Ermənistandan RF-na  ixrac edilən heyvan mənşəli və kənd təsərrüfatı məhsulları ilə bağlı problemlər hələ də qalır.

“Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert deyib ki, Ermənistandan idxal olunan məhsulların çeşidi və həcmi onun erməni mənşəli olmadığını güman etməyə əsas verir.

O, həmçinin vurğulayıb ki, məhsulların misli görünməmiş artımı Aİİ bazarlarına asanlaşdırılmış giriş qaydası ilə bağlıdır.

Dankvert çiçəklərin tədarükünü misal gətirib – 36 milyondan 100 milyon ədəddən çoxa çatıb. Heyvan mənşəli məhsulların tədarükü problemlərindən danışarkən rus rəsmisi qeyd edib ki, bu məhsulun bir hissəsi də, ehtimal ki, erməni mənşəli deyil. Söhbət yağ, pendir, qızılbalıq balığından gedir.

 Dankvert həmçinin deyib ki, erməni məhsulları arasında 900-dən çox karantin obyekti aşkar edilib, bu isə əlavə dezinfeksiya tələb edir.

Bütün bunlar ona gətirib çıxarıb ki, Ermənistandan idxal olunan məhsullara qarşı Rusiya daha sərt tələblər irəli sürür.

“Mülki Müqavilə”  fraksiyasının üzvü Babken Tunyan “Facebook” səhifəsində RF vitse-prezidenti Aleksey Overçukun xəbərdarlıqlarına toxunub.

Təsvir edilən perspektivdən narahat olanlara o, 2006-cı ili xatırladıb – o zaman rus tərəfi qazı bahalaşdırdı və  “subsidiyalaşdırma” adı altında qiymət fərqini – 188 milyon dolları – Ermənistan Hrazdan İES-in 5-ci blokunu və İran-Ermənistan qaz kəmərini “Qazprom”a güzəştə getməklə ödədi.

 3 illik ucuz qaz müqabilində. Sonra isə 2013-cü ili xatırladıb: ilin sonunda qəflətən məlum oldu ki, rus tərəfi 2 il əvvəl yenə də qazı bahalaşdırıb, lakin Ermənistan sakinlərinə bu barədə deməyiblər. 300 milyon dollarlıq borc yığılmışdı, bunun müqabilində Ermənistan “HayRusQazard”dakı 20% payından imtina etdi.

Daha çox göstər
Back to top button