
Ermənistan Parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan istisna etmir ki, gələcəkdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə oluna bilər və vurğulayır ki, bu qərar ölkənin maraqlarından asılı olacaq.
Veriləm məlumataa görə, jurnalistin “Ermənistanın KTMT-dən çıxmaq qərarı verməsi mümkündürmü?” sualına cavab olaraq Koçaryan deyib:
“Heç vaxt ‘heç vaxt’ demə. Dünya çox qeyri-sabitdir. Ölkəmizin təhlükəsizliyi və maraqları atacağımız addımların ardıcıllığını müəyyən etməlidir”.
O, qeyd edib ki, Ermənistan üçün KTMT ilə bağlı əsas problem Dağlıq Qarabağla deyil, məhz Ermənistanın sərhədləri ilə bağlı idi.
“KTMT-nin fəaliyyətini Dağlıq Qarabağdakı vəziyyətlə əlaqələndirməyə çalışırdılar, amma Ermənistanın sərhədləri ilə bağlı KTMT-nin görməli işi var idi.
Etmədi, elə deyilmi? Bizim problemimiz Ermənistan sərhədlərindəki vəziyyətlə bağlı yaranıb və biz iki-üç dəfə KTMT-yə müraciət etmişik. Bu dəstək isə şifahi bəyanatlardan başqa bizim üçün heç bir nəticə vermədi” – deyə Koçaryan bildirib.
O əlavə edib ki, gələcək qərarlar yalnız Ermənistanın dövlət maraqlarından asılı olacaq:
“Ölkəmizin maraqları nəyi diktə edəcəksə, biz də o istiqamətdə hərəkət edəcəyik”, – deyə o, qeyd edib.







