BaşlıcaSiyasət

Gürcüstanın müxalifəti hakimiyyəti ölkəni “Tramp marşrutu” layihəsinə daxil etməyə çağırıb

“Lelo – Güclü Gürcüstan” müxalifət partiyası Anaklia dərin sulu limanının adının dəyişdirilməsini tələb edir. Onların fikrincə, bu liman ABŞ Prezidenti Donald Trampın adını daşımalıdır. Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

“Lelo”nun baş katibi İrakli Kupradze bəyan edib ki, səhmlərinin 49%-ni Çin-Sinqapur konsorsiumunun almalı olduğu liman Qərb dünyasına aparan “Tramp yolu”nun (TRIPP) qapısına çevrilməlidir.

Onun sözlərinə görə, bu, Gürcüstana təhlükəsizlik, Qərb investisiyaları və iqtisadi rifah gətirəcək.

“Tramp marşrutu” (TRIPP) Ermənistanın (Syünik vilayəti) ərazisindən keçməklə Azərbaycanı Naxicevanla birləşdirən nəqliyyat dəhlizidir.

Bu dəhliz 2025-ci ilin avqustunda ABŞ prezidenti Donald Trampın iştirakı ilə razılaşdırılıb. Söhbət 40 kilometrlik hissədən gedir ki, bu da yolların və infrastrukturların tikintisini nəzərdə tutur və ABŞ ilə Ermənistanın idarəçiliyi altında olacaq.

İrakli Kupradze qeyd edib ki, 2025-ci il avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmadan sonra Qafqazda “ən vacib beynəlxalq tranzit marşrutu” yaranıb və bu, TRIPP adını alıb.

“Bu marşrut Gürcüstanı dövrə vurmamalıdır və onun həyata keçirilməsi yalnız Anaklia limanının inşası hesabına mümkündür ki, bu da “Tramp yolunun” məntiqi davamı olacaq” – deyə o, bəyan edib.

Partiyada hesab edirlər ki, Anaklia limanı “miqyaslı təşəbbüsdür və bu, ABŞ-nin və prezident Tramp administrasiyasının bəyan etdiyi strateji prioritetlərə tamamilə uyğundur”.

Buna görə də onun həyata keçirilməsi zəruridir, onun təqlidini yaratmaq yox” – deyə Kupradze vurğulayıb.

Daha çox göstər
Back to top button