
Ermənistan Parlamentinin sədri Alen Simonyan İstanbulda keçiriləcək Parlamentlərarası Birliyin (PAİ) 152-ci Assambleyasında iştirak edəcək. Bu Assambleya çərçivəsində Ermənistan Parlamenti rəhbərinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır.
“Armenpress”in məlumatına görə, Alen Simonyan bunu Parlamentdə keçirilən brifinqdə açıqlayıb. “Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan həmkarları ilə görüşlər planlaşdırılır”, – Simonyan bildirib.







