BaşlıcaSiyasət

Ruben Rubinyan: “Türkiyə ilə sərhədlərin açılışı məsələsində top bizim meydenda deyil”

“Ermənistan və Türkiyə arasında üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılması məsələsində biz öz tərəfimizdən hər şeyi etmişik, keçid məntəqəsini bərpa etmişik.

 Bu ildən etibarən Türkiyə də öz tərəfindən keçid məntəqəsinin bərpası işlərinə başlayıb, biz razılaşmaların həyata keçirilməsini gözləyirik, top bizim meydançamızda deyil.

 Bu barədə jurnalistlərlə söhbətində Parlamentin sədr müavini, hakim “Mülki Müqavilə” partiyasının üzvü və Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələləri üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.

O, bu məsələnin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqəli olmasına şübhə etdiyini bildirib və bunu məntiqsiz adlandırıb.

Onun sözlərinə görə, Türkiyə ilə Ani tarixi körpüsünün bərpası barədə razılıq var, sənəd məsələləri isə həll mərhələsindədir”.

Daha çox göstər
Back to top button