BaşlıcaSiyasət

Türkiyə Böyük Millət Məclisinin sədri Ermənistanı Türkiyə–Gürcüstan–Azərbaycan mexanizminə daxil etməyi təklif edib

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Baş Assambleyası çərçivəsində rəsmi səfərlə İstanbulda olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

 O, həmçinin Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ankaranın Qafqazda sülh və sabitliyə önəm verdiyini və bu məqsədlə birgə səylərin artırılmasının vacibliyini vurğulayan Kurtulmuş bildirib ki, Türkiyə–Gürcüstan–Azərbaycan üçtərəfli mexanizmi gücləndirilməli və sülh və sabitlik istiqamətində hərtərəfli fəaliyyət bu mexanizmə Ermənistanın da daxil edilməsi ilə həyata keçirilə bilər.

Regiondakı münaqişələrə diqqət çəkən Kurtulmuş qeyd edib ki, Türkiyə Qara dənizdə, Yaxın Şərqdə, Şərqi Aralıq dənizində və Qafqazda sülh və uzunmüddətli sabitliyə böyük əhəmiyyət verir və bölgədə sabit mühitin yaradılması rifahın artmasına töhfə verəcək.

Daha əvvəl Kurtulmuş Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli dialoqun inkişafı barədə də danışmışdı։

Daha çox göstər
Back to top button