BaşlıcaSiyasət

Ararat Mirzoyan və Kevin Hemilton Ermənistan-NATO tərəfdaşlığının genişləndirilməsinə yönəlmiş layihələri müzakirə ediblər

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hemiltonu qəbul edib.

Bu barədə XİN-dən məlumat verilib.

Həmsöhbətlər Ermənistan və NATO arasında siyasi dialoqun aktiv dinamikasını məmnunluqla vurğulayıblar.

Görüşdə tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş layihələr müzakirə olunub ki, bunların da mühüm tərkib hissəsi Ermənistan tərəfindən həyata keçirilən islahatlara və demokratik inkişafa dəstəkdir.

Nazir Mirzoyan regiondakı son hadisələri, habelə qonşularla münasibətlərin normallaşdırılması və sülhün gələcək institusionallaşdırılması istiqamətində atılan addımları təqdim edib.

Regional qarşılıqlı əlaqə mövzusuna toxunarkən, tərəflər vurğulayıblar ki, yeni reallıqlar şəraitində Cənubi Qafqaz birləşdirici körpü rolu oynaya bilər.

Bu yanaşma Ermənistanın təqdim etdiyi “Sülh kəsişməsi” layihəsində də öz əksini tapıb.

Görüşdə beynəlxalq təhlükəsizliklə bağlı məsələlər, həmçinin çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button