BaşlıcaBeynəlxalq

Okampo:   “Avropalı liderlər soyqırımın qarşısını almaq və erməni əsirləri azad etmək üçün nə edirlər?”

“Avropalı liderlərin soyqırımın qarşısını almaq və erməni əsirləri azad etmək üçün nə etdikləri barədə sual qaldırılmalıdır”.

Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno Okamponun “Erməni Soyqırımı qurbanlarının Anım  günü:

tanınma, ədalət, qarşısının alınması – 1915-ci ildən Arsaxın etnik təmizlənməsinədək” mövzusunda keçirilən müzakirənin iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

O, 1915, 2023-cü illər və bugünkü hadisələr arasında paralellər apararaq, eyni “dəst-xətti” – liderlərin həbsi, əhalinin deportasiyası və təmizlənməsini qeyd edib.

 Okamponun sözlərinə görə, bugünkü gündəmdə Bakıda saxlanılan erməni əsirlərin və arsaxlıların geri qayıtması məsələləri çatışmır.

“Məqsədimiz müzakirələr, media və mitinqlər vasitəsilə bu məsələləri səsləndirməkdir. Bir neçə tələb irəli sürülməlidir: birincisi qarşısının alınması, ikincisi isə daha asan həll oluna bilən sanksiyalar məsələsidir” – deyə Okampo qeyd edib.

O, əlavə edib ki, dövlətlər profilaktika istiqamətində diplomatik addımlar atmalıdır. Okampo xatırladıb ki, 2023-cü ilin sentyabrında BMT nümayəndəsi soyqırım təhlükəsindən danışıb, daha sonra isə Avropa Şurası Dağlıq Qarabağda həyata keçirilən etnik təmizləmələrlə bağlı sənəd qəbul edib.

Daha çox göstər
Back to top button