
Avropa Parlamentində 28-30 aprel tarixlərində AB tərəfindən Ermənistanın demokratik davamlılığına dəstək verilməsi haqqında qətnamənin qəbulu ilə bağlı müzakirə və səsvermə keçiriləcək.
Məlumata görə, bu müzakirə Ermənistanda 7 iyun tarixində keçiriləcək parlament seçkiləri fonunda baş tutacaq.
Avropa Parlamentinin deputatları seçkilərə xarici müdaxilənin olmamasının vacibliyini vurğulayacaqlar.
Moskva tərəfindən dezinformasiyanın yayılması və səsvermənin nəticələrinə təsir göstərmək cəhdləri ilə bağlı narahatlıqlar ifadə olunacaq.
AB-nin Ermənistan hakimiyyətinə kiberhücumlar, qanunsuz maliyyə axınları və xarici məlumat manipulyasiyası ilə mübarizədə kömək etmək üçün yeni mülki missiya başlatdığı xatırladılacaq.







