BaşlıcaSiyasət

Kanadanın Baş naziri Yerevanda Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək: dəvət olunan ölkələr məlumdur

Mayın 4-nə planlaşdırılan Avropa Siyasi Birliyinin (ASB) Yerevandakı 8-ci görüşündə iştirak etmək üçün 48 dövlət və hökumət başçısına dəvət göndərilib.

Kanadanın Baş naziri Mark Karni qonaq qismində ASB sammitində iştirak edəcək. Bu, qeyri-Avropa ölkəsinin görüşdə iştirak edəcəyi ilk hadisə olacaq. Bu barədə AB Şurası məlumat yayıb.

Dəvət olunan 27 Aİ üzvü ilə yanaşı, Gürcüstan, Türkiyə, Azərbaycan, Ukrayna, Moldova, Böyük Britaniya, Norveç, İsveçrə, Kosovo, Serbiya, Albaniya, Andorra, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Monako, Monteneqro, Şimali Makedoniya və San-Marino da dəvət edilib.

Sammit “Gələcəyi qurarkən: Avropada birlik və sabitlik” şüarı altında keçiriləcək. Liderlər demokratik dayanıqlığı gücləndirmək, əlaqələri təşviq etmək, iqtisadi və enerji təhlükəsizliyini möhkəmləndirmək üçün daha sıx əməkdaşlıq yollarını müzakirə edəcəklər.

Sammitə Avropa Birliyi Şurasının sədri Antonio Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan həmsədrlik edəcək.

Daha çox göstər
Back to top button