BaşlıcaSiyasət

Ermənistan və Fransanın Xİ nazirləri Fransada Ermənistan səfirliyinin yeni binasının açılışında iştirak ediblər

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Fransanın Xarici işlər naziri Jan-Noel Baron Parisdə Fransadakı Ermənistan səfirliyinin yeni binasının açılışında iştirak ediblər.

 Alınan məlumata görə, bu barədə Mirzoyan “Facebook”da video paylaşıb.

“Bu gün dostum Jan-Noel ilə birlikdə Ermənistan Respublikasının səfirliyinin yeni binasının təntənəli açılışında iştirak etdik” – deyə Mirzoyan bildirib.

Nazirlər videonu “Yaşasın Ermənistan, yaşasın Fransa” şüarları ilə yekunlaşdırıblar.

Daha çox göstər
Back to top button