BaşlıcaSiyasət

Paşinyan və Rütte Ermənistan-NATO əməkdaşlığının gedişatını və inkişaf perspektivlərini müzakirə ediblər

Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.

Ermənistan Respublikası Baş nazirinin aparatından yayılan məlumata görə, görüş zamanı tərəflər regional təhlükəsizlik, Ermənistan-NATO əməkdaşlığının gedişatı və inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Nikol Paşinyan tərəfdaşlığın davamlı olaraq dərinləşməsinin vacibliyini qeyd edərək, demokratik islahatlar və müdafiə sahəsində potensialın artırılması istiqamətində atılan addımları vurğulayıb.

Həmsöhbətlər beynəlxalq və regional sabitliyə yönəlmiş səylərə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Tərəflər ümumi dəyərlərə və qarşılıqlı etimada əsaslanan konstruktiv dialoqu və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.

Daha çox göstər
Back to top button