BaşlıcaSiyasət

Sülh rifah gətirir: Fon der Lyayen AB-nin Ermənistana göstərdiyi dəstək haqqında

Avropa Birliyi sülhün rifah gətirdiyini nümayiş etdirmək üçün Ermənistanı dəstəkləmək istəyir.

Alınan məlumata görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yerevanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin panel müzakirəsi zamanı bəyan edib.

“Biz Ermənistanı dəstəkləmək istəyirik ki, sülhün rifah gətirdiyini və kommunikasiyaların Cənubi Qafqazda mühüm rol oynaya biləcəyini göstərək.

 Eynilə Avropa Birliyinin yarandığı vaxtlarda polad və kömürün sülhün və rifahın möhkəmləndirilməsində oynadığı rol kimi” – deyə Avropa Komissiyasının sədri “X” səhifəsində sammitdəki çıxışından bir hissə paylaşaraq qeyd edib.

Daha çox göstər
Back to top button