
Ermənistan və Azərbaycan arasında qurulmuş sülh üçün Ermənistanın baş naziri Nikol Paşinyan zamin institutunun zəruriliyini görmür.
Verilən məlumata görə, Paşinyan bu haqda Yerevanın Mərkəz inzibati rayonunda keçirilən seçkiqabağı təşviqat zamanı qeyd edib.
“Bu gün elə siyasi qüvvələr var ki, bizim zaminlərə sahib olmalıyıq deyirlər. Biz belə rejimdə yaşamışıq, hüquqi cəhətdən məcburi qüvvəyə malik müqavilə bazamız olanda, təhlükəsizlik zaminlərimiz olanda ki, onlar da bizim təhlükəsizliyimizi qorumalı idilər, lakin həmin təhlükəsizlik zaminlərindən biri, mahiyyət etibarilə, Bakıda rəsmi səfərdə olarkən çox açıq və şəffaf bəyanatla çıxış etdi, söhbət Belarus prezidentindən gedir ki, o, 44 günlük müharibənin hazırlıq işlərində iştirak edib.
Həmin şəxs bizim təhlükəsizlik zaminlərimizdən biri idi, HAKK təşkilatının üzvü idi. Getmək və hər dəfə eyni dırmığa basmaq, sadəcə, olmaz. Nəhayət, biz o dövrü aradan qaldırmalıyıq ki, bizə icazə verək, başqaları bizi başqalarına qarşı istifadə edib sonra atıb kənara atsınlar” – deyə Paşinyan qeyd edib.
Nikol Paşinyan bunun ən vacib tarixi-siyasi dəyişiklik olduğunu qeyd edib.







