
Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhdid və təhqirlər ehtiva edən videoçarxla bağlı cinayət işi başlanıb. Bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsindən məlumat verilib.
“ER İstintaq Komitəsində ER Daxili İşlər nazirliyinin Polisindən daxil olan hesabata əsasən: şəxsiyyəti məlum olmayan şəxslər, qanunla nəzərdə tutulmuş icazə olmadan, reallaşdırmaq məqsədilə kompüter şəbəkəsində saxlanılan, ümumi istifadə üçün nəzərdə tutulmayan və kompüter rabitə vasitələrindən istifadə etməklə ötürülən məlumatları ələ keçiriblər.
Onlar nifrət və dözümsüzlük motivləri ilə, canlı yayım zamanı xuliqanlıq niyyətilə, ER Baş nazirinin dövlət və siyasi fəaliyyəti ilə əlaqədar və siyasi baxışları ilə şərtləndirilən, qətl törədilməsinin real təhlükəsini ehtiva edən hədələyici video yayıblar.
Bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter sabotajı törədilməsi və qanunsuz odlu silah, hərbi sursat dövriyyəsi faktları üzrə cinayət işi başlanıb.
Cinayəti törətmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq aparılır” — deyə ER İstintaq Komitəsindən bildiriblər.
Mayın 18-də internetdə bir qrup maskalı və silahlı şəxsin ER Baş naziri Nikol Paşinyanın ünvanına təhdidlər və təhqirlər səsləndirdiyi video yayılıb.
Baş nazir Nikol Paşinyan da Arabkir rayonunda “Mülki Müqavilə” partiyasının seçkiqabağı təşviqat kampaniyası zamanı videoya reaksiya verib:
“Maskaları geyiniblər, güya güclü oğlanlardır. Bəs bilirsinizmi niyə maskadadırlar? Çünki maskalarını çıxaran kimi görəcəyik ki, bunlar bizim əsgərlərimiziburaxıb , altını batırıb qaçanlardır.
İstisna etmirəm ki, həm də arxadan atəş açanlardır. De bir maskalarınızı çıxarın, ortaya çıxın görüm kimsiniz. Gəlib Ermənistanda maskalarla, avtomatlarla video çəkib yayasınız?
Tək-tək tapacağam kim olduğunuzu. Çıxarın maskalarınızı və könüllü təslim olun. Siz bizim uşaqlarımızı mövqelərdə tək qoyub qaçmısınız, əclafalr, alçaqlar!
Siz “Ferrari” sürətilə qaçmısınız, siz kimsiniz ki danışasınız? Siz gəlib bizə deyəsiniz ki, biz uşaqlarımızı qurban vermişik? Siz özünüz qaçmısınız mövqelərdən. Tək-tək hamınızı diz çökdürəcəyik, uşaqlarımızı tək qoyub qaçdığınıza görə məsuliyyətə cəlb edəcəyik” — deyə Paşinyan bildirib.







