BaşlıcaSiyasət

Mayın 28-də keçiriləcək hərbi paradda ictimaiyyəti nə gözləyir? Müdafiə naziri şərh edir

Ermənistanın müdafiə naziri Suren Papikyan Respublika Günü – Mayın 28-də Yerevanın Respublika meydanında keçiriləcək hərbi paradda nələrin olacağına toxunub.

Verilən məlumata görə, Suren Papikyan “Facebook” səhifəsində mayın 28-də ictimaiyyəti nə gözləməsi sualına cavab verdiyi bir video yayımlayıb.

“İctimaiyyətə illər boyu gizlətdiyimiz, pərdələdiyimiz, bu barədə danışmadığımız, təvazökarlıqla susduğumuz şeylər təqdim ediləcək. İndi son 4 ildə nə etdiyimiz barədə ictimaiyyətə hesabat olaraq təqdim edəcəyik” – deyə Ermənistanın Müdafiə naziri bildirib.

 Hərbi parad mayın 28-də Yerevanın Respublika meydanında   saat 10:00-da başlayacaq.

Daha çox göstər
Back to top button