BaşlıcaSiyasət

Andranik Tevanyana qarşı dövlət xəyanəti və casusluq əlamətləri ilə cinayət işi başlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) alınan məlumat əsasında İstintaq Komitəsinin Dövlətə, Konstitusiya Quruluşunun Əsaslarına və İctimai Təhlükəsizliyə Qarşı Cinayətlərin İstintaqı Baş İdarəsində “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyana qarşı dövlət xəyanəti və casusluq əlamətləri ilə cinayət işi başlanılıb.

Alınan  məlumata görə, Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Milli Təhlükəsizlik Xidmətindən alınan məlumata əsasən, Ermənistan vətəndaşı A.T. 2021-ci ildə keçirilmiş parlament seçkilərində “Hayastan” partiyalar blokunu dəstəkləmiş siyasi xadim və həmin blokun ümumdövlət seçki siyahısına daxil edilmiş Parlameentin deputatı olaraq, 2024-cü il ərzində xarici xüsusi xidmət orqanları tərəfindən yaxalanaraq (kəşfiyyata cəlb edilərək), “Rusiya Qafqaz” geosiyasi mərkəzində direktor vəzifəsini icra edən xarici xüsusi xidmət orqanlarının nümayəndəsinin tapşırığı ilə həmin dövrdə casusluq etmiş, habelə qanunsuz olaraq topladığı və dövlət sirri olan məlumatları – 2024-cü ilin aprelində Parlamentin qapalı, gizli iclasında baş vermiş dinləmələrin gedişi və nəticələri barədə rus dilinə tərcümə edilmiş məlumatları xüsusilə böyük miqdarda – 622 min ABŞ dolları müqabilində sonuncuya ötürməklə, Ermənistan Respublikasının suverenliyinə, ərazi toxunulmazlığına və xarici təhlükəsizliyinə zərər verməklə dövlət xəyanəti etmişdir.

Ermənistan MTX-dən alınan məlumat əsasında Ermənistan İstintaq Komitəsinin Dövlətə, Konstitusiya Quruluşunun Əsaslarına və İctimai Təhlükəsizliyə Qarşı Cinayətlərin İstintaqı Baş İdarəsində dövlət xəyanəti (Maddə 418, hissə 1) və casusluq (Maddə 424, hissə 1) əlamətləri ilə cinayət işi başlanılıb.

Xəbərdarlıq: Cinayət törətməkdə təqsirləndirilən şəxs, onun təqsiri Cinayət Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilməyənə qədər, günahsız hesab olunur.

Daha çox göstər
Back to top button