BaşlıcaSiyasət

Paşinyan:  “Axalkalaki–Kars dəmiryolu Ermənistandan ixrac və idxal üçün açıqdır”

 “Parlament seçkilərindən əvvəl Ermənistana qarşı genişmiqyaslı Kremlyönlü dezinformasiya kampaniyası aparılır”-deyə “Euronews qeyd edir.

Axalkalaki–Kars dəmiryolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu barədə Facebook səhifəsində ER  Baş naziri Nikol Paşinyan yazıb.

“Məmnuniyyətlə bəyan edirəm ki, Axalkalaki–Kars dəmiryolu, Azərbaycan dəmiryolu kimi, artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır.

Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstanlı həmkarlarıma təşəkkür edirəm.

Ermənistan bu gün Gürcüstan və Azərbaycan ərazisindən keçən dəmiryolu ilə Rusiya, sonra isə Rusiya və Qazaxıstan ərazisindən Çin ilə,  indi artıq Gürcüstan və Türkiyə ərazisindən həm də Avropa Birliyi ilə dəmiryolu əlaqəsinə malikdir.

Yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan, daha sonra isə Naxicevan vasitəsilə Ermənistan–İran dəmiryolunun açılmasıdır.

Bu hadisələrin şahidi olacağıq yaxın gələcəkdə TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində” – deyə Paşinyan yazıb.

Daha çox göstər
Back to top button