
ABŞ dövlət katibi Marko Rubio və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ikitərəfli anlaşma memorandumlarını imzalayıblar.
Ermənistan və ABŞ arasında ikitərəfli sənədlərin imzalanması mərasimi baş tutub. Sənədləri Ermənistan XİN naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar.
Ermənistan və ABŞ arasında “Trump yolu beynəlxalq sülh və rifah naminə” layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi ilkin imzalanıb.
Bu, Ermənistan-ABŞ strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə, təhlükəsizlik əməkdaşlığına və regional marşrutların (tranzit kommunikasiyaların) inkişafına yönəlib.
Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlığın nizamnaməsi imzalanıb.
Həmçinin Ermənistan və ABŞ arasında ən vacib mineralların və nadir qazıntıların çıxarılması, emalı sahəsində tədarükün təmin edilməsinə dair çərçivə memorandumu imzalanıb.
İmzalanmanın rəsmi mərasimindən sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri birgə mətbuat açıqlamaları ilə çıxış ediblər.
2026-cı il fevralın 9-da ABŞ vitse-prezidenti Ceyms D. Vensin Yerevana tarixi səfəri zamanı mülki nüvə əməkdaşlığı haqqında saziş imzalanıb.







