
Ermənistan vətəndaşları seçim imkanına malik olmalıdırlar: ölkə Avrasiya İqtisadi İttifaqının, yoxsa Avropa Birliyinin tərkibində olsun. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
Paşinyan vurğulayıb ki, bu qərarı xalq qəbul etməlidir.
“Ermənistan xalqının alternativ olmalıdır: Aİİ tərkibində olmaq, yoxsa Avropa Birliyinin tərkibində olmaq. Bunu mən qərarlaşdırmayacağam, xalq qərarlaşdıracaq, güclü olan qərarlaşdıracaq – Ermənistan vətəndaşı” – deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, hökumətin vəzifəsi vətəndaşların alternativlərə malik olmasıdır.
“Demək istəyirəm ki, hətta gizli təhdidlərlə bu proseslərə cavab verən həmkarlarımız əslində özlərinə qarşı hərəkət edirlər. Onlar, əksinə, Ermənistan xalqına təkliflər verməli, deməlidirlər:
“Biz bu yaxşı şeyi edəcəyik, bu yaxşı şeyi edəcəyik’. Amma bunun əvəzində deyirlər: “Biz bu pis şeyi edəcəyik, bu pis şeyi edəcəyi”.
Bu məntiqsizdir.
Ermənistanı, məsələn, yüksək qiymətlərlə təhdid etmək də məntiqsizdir, çünki bu təhdidə cavab var: biz onun bizim üçün problem olmaması üçün daha böyük iqtisadi imkanlara malik olacağıq.
Bu gün Ermənistan ‘Sülhün qovşağı’na çevrilir. Bu isə o deməkdir ki, Ermənistan artıq minlərlə və ya milyonlarla deyil, milyardlarla və trilyonlarla ölkəyə çevrilir” – deyə Paşinyan vurğulayıb.
Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, erməni tərəfi Rusiya energetika naziri Sergey Tsivilyovun məktubunu alıb, bu məktub Ermənistanın Ərazi İdarəetmə və İnfrastrukturlar nazirliyinə təqdim olunub və araşdırılacaq.
Rusiya KİV-nin məlumatına görə, məktubda qeyd edilib ki, əgər Ermənistan AB üzvlüyü prosesini davam etdirərsə, Rusiya qaz, neft məhsulları və emal olunmamış almaz tədarükü haqqında sazişləri birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər.







