BaşlıcaEkonomika

Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə 280 ton taxıl və 277 ton gübrə daşınıb

Rusiyadan Azərbaycan üzərindən Ermənistana daha bir tranzit yük göndərilib. APA agentliyinin yaydığı məlumata görə, mayın 29-da Ermənistana ümumilikdə 280 ton taxılla dolu dörd vaqon və 277 ton gübrə ilə dolu dörd vaqon göndərilib.

Bu günə qədər Rusiyadan tranzit yolu ilə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 tondan alüminium və 68 ton qarabaşaq yarması daşınıb. Tranzit yüklərdən əlavə, Azərbaycan Ermənistana neft məhsulları da ixrac edir. Bu günə qədər Azərbaycan Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac edib.

Daha çox göstər
Back to top button