BaşlıcaEkonomika

Paşinyan:  “Ermənistan enerji baxımından özünü təmin edən dövlət ola bilər və biz bu yolla gedirik”

Qarşıdakı 5 il ərzində Ermənistanın ən böyük problemlərindən biri Ermənistanın enerji təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi olacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

“Bugünkü texnologiya bu imkanı verir. Mən sizə məsuliyyətlə deyirəm: Ermənistan Respublikasının qeyri-məhdud enerji ehtiyatları var.

Ermənistan Respublikası enerji baxımından özünü təmin edən dövlət ola bilər və biz artıq bu yolla gedirik. 2018-ci ildən etibarən biz Ermənistan Respublikasında günəş enerjisi sahəsində Meşamor Atom Elektrik Stansiyasının gücündən 2.5 dəfə çox güc imkanları yaratmışıq.

İndi Avropa Birliyi ilə əməkdaşlığımızın prioritetlərindən biri akkumulyator stansiyalarının yaradılmasıdır və biz bu məsələyə diqqət yetirəcəyik” – deyə Paşinyan bəyan edib.

Daha çox göstər
Back to top button