BaşlıcaEkonomika

Paşinyan: “Bir neçə saat əvvəl Ermənistanda süni intellektin ilk zavodu açıldı”

Ermənistanın Qaqarin kəndində bir neçə saat əvvəl investisiya həcmi 70 milyon dollar təşkil edən ilk süni intellekt fabrikinin açılışı olmuşdur.

 Bu barədə iyunun 1-də Yerevanda seçkiqabağı təşviqat kampaniyası zamanı məzuniyyətdə olan ER  Baş naziri Nikol Paşinyan, ölkədə hakim “Mülki Müqavilə” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən şəxs kimi bildirib.

O, iyun ayında Hrazdan şəhərində də süni intellekt fabrikinin açılacağını, bunun Ermənistana 5 milyard dollara qədər gəlir gətirə biləcəyini söyləyib.

“Bu o deməkdir ki, Ermənistan daha da fəal şəkildə texnoloji və iqtisadi transformasiya mərhələsinə qədəm qoyur” – deyə Paşinyan qeyd edib.

Ermənistanda NVIDIA Blackwell B300 əsaslı regionda ilk Sİ-fabriki açılıb

Daha çox göstər
Back to top button