BaşlıcaEkonomika

Hökumət Rusiya tərəfindən erməni mallarının idxalına qoyulan məhdudiyyətlərdən zərər çəkən təsərrüfat subyektlərini dəstəkləyəcək

Rusiya tərəfindən bir sıra erməni mallarının idxalına məhdudiyyətlər qoyulması fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ədalətsiz ixrac maneələri yarandığı halda Hökumət subsidiyalaşdırma və dəstək proqramları həyata keçirəcək, zərər çəkən istehsalçılara yeni bazarlar tapmağa kömək edəcək.

“Hökumət artıq qərar qəbul edib ki, ixracın ədalətsiz maneələri olduğu bütün hallarda biz dəstək proqramları, həmin malların subsidiyalaşdırılması proqramları edəcəyik ki, iqtisadiyyatımızda zərərçəkənlər olmasın” – deyə o, bildirib.

Baş nazir qeyd edib ki, söhbət maneələrin malın keyfiyyəti ilə bağlı olmadığı hallardan gedir. Onun sözlərinə görə, bəzən ixrac edilən mal keyfiyyət standartlarına cavab vermir.

“Biz keyfiyyətsiz malı suverenliyimiz və dövlət maraqlarımız hesabına ixrac edə bilmərik. Biz bu iş adamlarını dəstəkləyəcəyik ki, öz mallarını keyfiyyətin yeni standartına çatdırsınlar” – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan artıq yeni ixrac bazarları istiqamətində işləyir. “Bu gün artıq bir neçə biznes nümayəndə heyətimiz yola düşüb, sürətli reaksiyaya görə beynəlxalq tərəfdaşlarımıza təşəkkür edirik və biz artıq güllər, meyvə-tərəvəz alışı ilə bağlı konkret təkliflərə sahibik” – deyə Baş nazir qeyd edib.

Paşinyan həmçinin ixrac bazarlarının diversifikasiyasının vacibliyini vurğulayaraq bildirib ki, Ermənistanın iqtisadiyyatı bir istiqamətdən asılı olmamalıdır.

“Biz 100 ton bibər istehsal edirik, biz bunun 90 tonunu bir istiqamətə ixrac etməməliyik, biz 25 ton olmaqla 4 istiqamətə ixrac etməliyik.

Sonra 5, 6, 7 istiqamətə. Bu, mənim dediyim formuladır – müstəqillik azlardan asılılığı çoxlarından asılılıqla əvəz etməkdir” – deyə o bildirib.

Baş nazirin sözlərinə görə, hətta ixrac maneələri üzündən hansısa kənd təsərrüfatı məhsulu zərər görsə belə, Hökumət təsərrüfat subyektlərinin itkilərini kompensasiya etməyə hazırdır.

 “Bibər xarab olur, gül xarab olur, onun pulunu Hökumət verəcək, lakin bütün bunların nəticəsində Ermənistanda bibər istehsalı da artacaq, ixrac da artacaq” – deyərək  Paşinyan bəyan edib.

Daha çox göstər
Back to top button