
ER-nın XİN rəhbəri Ararat Mirzoyan AB-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə telefon danışığı aparıb.
Ermənistan XİN-dən verilən məlumata görə, Ararat Mirzoyan və Marta Kos Ermənistan-AB tərəfdaşlığının inkişaf dinamikasını məmnunluqla qeyd ediblər.
Ararat Mirzoyan və Marta Kos Ermənistan-AB tərəfdaşlığının iqtisadi komponentinin təşviqi, o cümlədən mal dövriyyəsinin artırılmasına yönəlmiş mexanizmlərin çərçivəsini müzakirə ediblər.
Regional qarşılıqlı əlaqənin inkişafına yönəlmiş layihələrə, həmçinin Ermənistan-AB strateji gündəliyinin bir hissəsi olaraq demokratik dayanıqlığın davamlı möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı fəaliyyətə toxunulub.







