Türkiyədən Ermənistana turist səfərləri artıb

Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması və yaxın gələcəkdə Əlican sərhəd keçid məntəqəsinin açılması ilə yanaşı, İğdırdan Ermənistana turist səfərlərinin sayı artmağa başlayıb, yerli medya yazır.
Qeyd olunur ki, Gürcüstan ərazisindən Ermənistana səyahət edən iğdırlılar paytaxt Yerevan və ətraf şəhərlərə gedib şəkillər çəkdirirlər.
“İğdırın mərkəzindən təxminən 30 kilometr aralıda paytaxt yerləşir. Şəhər çox gözəl, təmiz, geniş və yaxşı qorunub saxlanılıb.
Biz hər yerdə hər kəsə deyirik ki, Türkiyədənik. Reaksiyalar qarışıqdır – onlar hələ buna tam hazır deyillər. Bununla belə, sərhəd keçid məntəqəsi açılsa, insanlar tez bir-birinə uyğunlaşacaqlar” – deyə Ermənistana səfər etmiş türk iş adamı Ercan Alagöz bildirib.
“Təmiz Təbiət Platforması”nın sözçüsü, yazıçı-tədqiqatçı Serdar Gündoğdu da səfərdə iştirak edib, qeyd edib:
“Bu mənim Ermənistana ikinci səfərimdir. Şəhərsalma baxımından İğdırı Ermənistanın paytaxtı Yerevanla müqayisə etmək düzgün olmaz. Biri paytaxtdır, digəri Şərqi Anadolunun vilayətidir.
Lakin təmizlik və qorunub saxlanma baxımından Ermənistanın digər şəhərləri də İğdırdan daha yaxşıdır, təmizdir. Elə təəssürat yaranır ki, mühasirə bizdədir, Ermənistanda yox.
“Ermənistandan və Naxicevandan – ki, onlar bir-birinə yaxındır – İğdıra qayıdanda, inanın, biz xəcalət çəkirik” – deyə o bəyan edib.
Mənbə factor.am







