BaşlıcaSiyasət

Nikol Paşinyan müxalif 3 qüvvənin rəhbərlərini Aİİ çərçivəsində Ermənistan üçün problemlər yaratmaqda ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan “Ermənistan” blokunun lideri Robert Koçaryanı, “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı öz əlaqələri ilə Avrasiya İqtisadi İttifaqında Ermənistan üçün problemlər yaratmaqda ittiham edib.

Alınan məlumata görə, bunu məzuniyyətdə olan Baş nazir seçkiqabağı təşviqat çərçivəsində Geğarkunik vilayətinin Martuni şəhərində sakinlərlə görüşdə bildirib.

“Bilirəm ki, Martunidə Aİİ çərçivəsində baş verən proseslərlə bağlı narahatlıqlar var. Aİİ 4 əsas prinsipə əsaslanır: malların, xidmətlərin, işçi qüvvəsinin, maliyyə vəsaitlərinin sərbəst dövranı.

Bilirsiniz, bu gün müharibənin üçbaşlı partiyası (red. “Ermənistan” bloku, “Güclü Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” partiyası nəzərdə tutulur) Aİİ çərçivəsində də bəzi əlaqələrlə, bəzi şeylərlə seçkilər zamanı öz ölkələri üçün problemlər yaradır.

Onlar başa düşürlər ki, seçkilərdə iflasa uğrayacaqlar və səs-küylə məğlub olacaqlar, Aİİ çərçivəsində casus kimi zəng edirlər, gedirlər, orada nələr edirlərsə – ölkəmiz üçün problemlər yaratmaq üçün” – deyə Paşinyan bildirib.

O, iyunun 1-də Rusiya Prezidenti Vladimir Putinlə etdiyi telefon danışığına toxunub. “Rusiya Prezidenti ad günümü təbrik etmək üçün zəng etmişdi, lakin biz həm də işgüzar söhbət etdik və razılıq əldə etdik ki, seçkilərdən sonra yenidən səfər edim, görüş keçirək və bütün aktual məsələləri həll edək” – deyə Paşinyan bildirib.

Rusiya son vaxtlar ən yüksək səviyyədə bir neçə dəfə Ermənistan hakimiyyətini Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etmək məsələsində tez qərar verməyə çağırıb.

RF Prezidenti Vladimir Putin Ermənistanı bu məsələ ilə bağlı mümkün qədər qısa müddətdə referendum təşkil etməyə çağırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz növbəsində bildirib ki, hazırda belə referendum üçün əsas görmür, çünki Ermənistan Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyib.

Ermənistana referendum keçirməyə çağırış ehtiva edən bəyanatı Aİİ üzvü olan 4 ölkənin – Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri də qəbul ediblər.

 Rusiya Ermənistanı qərar verməyə çağıran bəyanatlarla yanaşı, son günlərdə bir çox erməni mallarının idxalına məhdudiyyətlər tətbiq edib.

Xüsusilə, Rusiya Ermənistandan gül, bəzi spirtli içkilər, balıq məhsulları, “Cermuk” mineral sularının idxalını qadağan edib, erməni tərəvəz və meyvələrinin idxalına məhdudiyyətlər tətbiq edib.

Daha çox göstər
Back to top button