BaşlıcaEkonomika

“Wizz Air” aviaşirkəti Birləşmiş Krallıq və Yunanıstana uçuşlara başlayıb

Verilən məlumata görə, bu barədə “Ermənistan Beynəlxalq Hava Limanları” QSC məlumat yayıb.

“Zvartnots” beynəlxalq hava limanından Londonun Lüton hava limanına uçuşlar həftədə 2 dəfə olmaqla, hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

İyunun 7-dən etibarən aviaşirkət Yunanıstanın Rodos adasına da uçuşlara başlayıb. Bu uçuşlar isə hər cümə axşamı və bazar günləri reallaşdırılacaq.

“Aviabiletlərin mövcudluğu, onların əldə edilməsi və digər təfərrüatlar üçün xahiş edirik aviaşirkətin rəsmi saytına (wizzair.com) və ya mobil tətbiqinə daxil olasınız. Tərəfdaşlarımızı təbrik edir və təhlükəsiz uçuşlar arzulayırıq”.

Daha çox göstər
Back to top button