BaşlıcaSiyasət

Aleksandrupolis limanı Ermənistanın Avropaya ixracı üçün potensial yeni qapı kimi dəyərləndirilib

Evros regionuna işgüzar səfəri çərçivəsində Yunanıstanda Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Aleksandrupolis limanının icraçı direktoru Konstantinos Xacikonstandinu ilə görüş keçirib.

Ermənistanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, görüş zamanı limanın icraçı direktoru Aleksandrupolis limanının Yunanıstan, Bolqarıstan və Türkiyəni birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyətini təqdim edib.

Limanın dəmiryol infrastrukturuna, regional yükdaşımaların təmin edilməsindəki roluna, həmçinin Qara dəniz və Aralıq dənizi istiqamətlərində əməkdaşlıq imkanlarına toxunulub.

Səfir Mkrtçyan Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsü və onun tərkib hissəsi olan “TRİPP” (TRIPP) layihəsi haqqında məlumat verərək, regional kommunikasiyaların inkişafı və iqtisadi qarşılıqlı əlaqənin genişləndirilməsi perspektivlərini vurğulayıb.

Həmsöhbətlər həmçinin Ermənistan ilə Avropa Birliyi arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını, eləcə də erməni məhsullarının Avropa bazarlarına ixracı ilə bağlı məsələləri müzakirə ediblər.

Bu kontekstdə Aleksandrupolis limanının Ermənistandan Avropaya ixrac olunan yüklərin tranziti və paylanması mərkəzi kimi potensial rolu nəzərdən keçirilib.

Görüşdə Salonikidə Ermənistanın fəxri konsulu Akis Dangazyanda iştirak edib.

Daha çox göstər
Back to top button