BaşlıcaEkonomika

Ermənistanın çiçək istehsalçıları dünyanın ən böyük çiçək ticarət platformasına çıxış əldə ediblər

Ermənistanın çiçək istehsalçıları Niderlandda fəaliyyət göstərən dünyanın ən böyük çiçək satış platformasına çıxış əldə ediblər. Verilən məlumata görə, bu barədə jurnalistlərlə brifinqdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib.

“Niderlandın Baş naziri mənə şəxsən yazıb ki, Ermənistanın çiçək istehsalçılarının həmin bazar və platformaya çıxış əldə etməsi üçün bütün mümkün vasitələrlə dəstək verəcəklər” – deyə Paşinyan qeyd edib.

 Rusiya erməni çiçəklərinin idxalını qadağan etmişdi. Çiçəklərdən əlavə, Rusiya Ermənistanda parlament seçkiləri ərəfəsində erməni istehsalı olan digər məhsullara da məhdudiyyətlər tətbiq etmişdi.

 Xüsusilə, “Cermuk” mineral suyunun, balıq məhsullarının, bəzi alkoqollu içkilərin idxalı qadağan edilmiş, erməni meyvə-tərəvəzinin, meyvələrin idxalına məhdudiyyətlər tətbiq edilmişdi.

Bu kontekstdə Avropa Birliyi Ermənistana dəstək paketi haqqında bəyanat vermişdi ki, bura 50 milyon avrodan çox təcili yardım, habelə erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması məqsədilə əlavə tədbirlər daxildir.

Daha çox göstər
Back to top button