BaşlıcaBeynəlxalq

Amerikalı analitik:   “Ermənistan Avropanı seçdi, lakin Putinin Rusiyasından ehtiyat etməlidir”

Baş nazir Nikol Paşinyanı və onun “Mülki Müqavilə”partiyasını yenidən seçməklə Ermənistan xalqı ”Rusiya əvəzinə Avropanı” seçdi.

“Independence Media Avenue”a verdiyi müsahibədə iyunun 7-də ER-da keçirilmiş parlament seçkilərinin nəticələrinə toxunaraq bu barədə “National Post” analitiki Dayan Frensis deyib.

O, eyni zamanda, Ermənistanın “təhlükəli yola girdiyi” fikrini bildirib, çünki Rusiya Prezidenti Vladimir Putin “baş verən hər şeydən son dərəcə narazıdır”.

Frensis həmçinin qeyd edib ki, Moskva özünün, belə desək, təsir dairəsinin necə yoxa çıxdığını görür və Yerevanın Qərbə dönüşünü dayandırmaq üçün əlində olan bütün rıçaqlardan istifadə edəcək.

 “Onlar tamamilə hazır olmalıdırlar ki, Rusiyanın Ukraynada və başqa yerlərdə gördüyü bütün tədbirlər onların ölkəsində də həyata keçiriləcək” – deyə amerikalı ekspert qeyd edib.

Bununla belə, onun fikrincə, Paşinyanın mövqeyi güclüdür: ABŞ Prezidenti Donald Tramp cəsarətli addım ataraq Ermənistanın Baş nazirinə açıq dəstək verdi, bunu artıq dörd ildən çox idi ki, Rusiyanın genişmiqyaslı işğalına müqavimət göstərən Ukrayna işində etmədi.

 Dayan Frensis həmçinin hesab edir ki, Avropa Birliyi Ermənistana “özünün supergüc kimi apara biləcəyi kimi aparmağa başlasa” ona kömək edə bilər.

“Onlar Ermənistanla fəal işləməli və ona kömək etməlidirlər. Söhbət qoşun göndərməkdən deyil, qarşılıqlı ticarət əlaqələri qurmaq və digər vasitələrdən gedir” – deyə Frensis bildirir.

Mənbə factor.am

Daha çox göstər
Back to top button