
İyunun 14-də Dilican şəhərində Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikasının prezidentinin köməkçisi Hikmət Hacıyevin işçi görüşü baş tutub.
Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında sülh gündəminə aid məsələləri müzakirə ediblər. Regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylər kontekstində ikitərəfli davamlı dialoqun əhəmiyyəti vurğulanıb.
Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı inamın möhkəmləndirilməsi tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Armen Qriqoryan və Hikmət Hacıyev işçi əlaqələri davam etdirməyə razılaşıblar, qeyd ediblər ki, növbəti görüş Azərbaycanda baş tutacaq.
Mənbə factor.am.







