
Mərkəzi Seçki Komissiyası (MSK) qərara alıb ki, 3 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması seçkilərin ümumi nəticələrinə təsir göstərmir, buna görə də təkrar səsvermə keçirilməyəcək.
“MSK qərara alır: Ermənistan Respublikası Parlamentinin 7 iyun 2026-cı il tarixində keçirilmiş növbəti seçkilərinin hazırlığı və səsverməsi gedişatında Ermənistan Respublikasının Seçki Məcəlləsinin seçki nəticələrinə təsir edə biləcək elə bir pozuntuları qeydə alınmayıb” — deyə MSK sədri Vahaqn Hovakimyan bəyan edib.
Daha əvvəl MSK 35/65, 10/51 və 12/13 saylı seçki məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab etmişdi.
Ermənistanda parlament seçkiləri iyunun 7-də baş tutub. Mərkəzi Seçki Komissiyasının bütün 2005 seçki məntəqəsindən alınan ilkin məlumatlara görə, Baş nazir Nikol Paşinyanın hakim “Mülki Müqavilə” partiyası səslərin 49.825%-ni toplayıb.
İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” ittifaqı 23.281%, keçmiş Prezident Robert Koçaryan isə 9.934% səs qazanıb.
İş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3.996% səs yığaraq parlamenti keçə bilməyib. Seçkilərdə iştirak faizi 58.97% təşkil edib.
“Güclü Ermənistan” partiyalar ittifaqı, “Ermənistan” partiyalar ittifaqı, “Çiçəklənən Ermənistan” partiyası, “Işıqlı Ermənistan” partiyası, “Erməni Milli Konqresi” partiyası və “Milli Demokratik Qütb” partiyası birgə bəyanatla çıxış edərək bildiriblər ki: “seçkilərlə bağlı təqdim olunan rəsmi məlumatlar xalqın real iradəsini və seçkilərin dəqiq nəticələrini əks etdirmir”.
Onlar MSK-nın qərarından Konstitusiya Məhkəməsinə şikayət etməyə və küçə mübarizəsinə başlamağa hazırlaşdıqlarını qeyd edirlər.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.
Parlamrntdəki deputat mandatları aşağıdakı kimi bölüşdürülür:
“Mülki Müqavilə” partiyası — 61 mandat
“Güclü Ermənistan” partiyalar ittifaqı — 28 mandat
“Ermənistan” partiyalar ittifaqı — 12 mandat.







