BaşlıcaBeynəlxalq

Ararat Mirzoyan AB Xarici İşlər nazirləri Şurası formatındakı görüşdə iştirak edib

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan, Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın dəvəti ilə AB Xarici İşlər nazirləri Şurası formatındakı görüşdə iştirak edib.

Alınan məlumata görə, bu barədə Ermənistan Respublikası Xarici İşlər nazirliyi bəyanat yayıb.

İşgüzar səhər yeməyi formatında keçirilən müzakirədə Avropa Komissiyasının vitse-prezidenti, AB-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas, AB-nin genişlənmə üzrə komissarı Marta Kos və AB-nə üzv ölkələrin Xarici işlər nazirləri ilə nümayəndələri iştirak ediblər.

AB tərəfdaşları nazir Mirzoyanı Ermənistanda keçirilən demokratik parlament seçkiləri və “Mülki Müqavilə” partiyasının qələbəsi münasibətilə təbrik ediblər.

AB və üzv dövlətlərin Ermənistan-AB tərəfdaşlığının strateji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsinə, həmçinin avropaya inteqrasiyanın irəlilədilməsinə yönəlmiş siyasi sadiqliyi və dəstəyi vurğulanıb.

Nazir Mirzoyan Ermənistanda və Ermənistan ətrafında seçkiqabağı və seçkidən sonrakı dövrdə baş verən prosesləri təqdim edərək vurğulayıb ki, Ermənistan vətəndaşları öz səsvermələri ilə sülh şəraitində yaşamaq, müstəqilliyi, suverenliyi, demokratik islahatların dönməzliyini, seçilmiş inkişaf yolunu, eləcə də Ermənistanın Avropa perspektivlərinə olan canatımını qorumaq iradələrini bir daha təsdiqləyiblər.

Nazir Mirzoyan qeyd edib ki, seçkilərdən sonra ilk səfərin Ermənistan-AB tərəfdaşlığının daha da dərinləşdirilməsinə yönəlmiş bu formatda müzakirə məqsədilə AB-nə edilməsi, hər iki tərəfdə mövcud olan sadiqliyin göstəricisidir.

Görüşdə həmçinin Ermənistan-AB ticarət dövriyyəsinin artırılması, Ermənistanın iqtisadi və enerji dözümlülüyünün yüksəldilməsi istiqamətində tətbiq oluna biləcək mexanizmlər və mümkün addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Mirzoyan hibrid təhdidlərlə mübarizədə və iqtisadi əlaqələrin şaxələndirilməsi (diversifikasiyası) istiqamətində indiyədək AB və üzv dövlətlər tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.

Həm AB strukturları, həm də ayrı-ayrı AB dövlətləri ilə aktiv qarşılıqlı fəaliyyət vasitəsilə bu istiqamətdə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button