
Avropa Birliyinin genişlənmə məsələləri üzrə naziri Marta Kos iyulun 5-də Ermənistana səfər edəcək. Verilən məlumata görə, Marta Kos bu barədə– Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşünə dair “X” mikrobloqunda yazıb.

Kos yazıb ki, Rusiya Ermənistana təzyiqi gücləndirməkdə davam edir – ölkəni son seçkilərdə Ermənistan xalqının etdiyi demokratik seçimdən uzaqlaşdırmağa cəhd göstərir.
O, bildirib ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Kos qeyd edib ki, iyunun 15-də AB XİN nazirləri şurasının iclası formatında müzakirədə AB üzvü ölkələr AB-nin Ermənistana necə dəstəyi davam etdirə biləcəyini, həmrəyliyini göstərəcəyini müzakirə edəcəklər.
“Biz maliyyə dəstəyi göstərəcəyik və Ermənistan üçün qonşuları və Avropa ilə ticarəti asanlaşdıracağıq. Mən iyulun 5-də konkret addımları irəli aparmaq üçün Yerevana yollanacağam” – deyərək Marta Kos yazıb.
Xatırladaq ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda AB XİN nazirləri şurasının iclası formatında müzakirədə iştirak edir.
Mirzoyan bu müzakirədə AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasanın dəvəti ilə iştirak edir.
Xatırladaq ki, Rusiya Ermənistanda iyunun 7-nə təyin olunmuş parlament seçkiləri ərəfəsində bir çox erməni mallarının idxalını qadağan etmiş və ya məhdudiyyətlər tətbiq etmişdi. Qadağa və məhdudiyyətlər bu günədək aradan qaldırılmayıb.







