
Avropa Birliyi Rusiyanın iqtisadi təzyiqləri fonunda Ermənistanın dayanıqlığını dəstəkləməlidir.
Bu barədə jurnalistlərə brifinqdə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Birliyi Xİ nazirləri şurasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən müzakirələrdən təfərrüatları təqdim edərkən bildirib. .
“Biz gördük ki, Rusiya Ermənistana– onun seçdiyi yolu dəyişdirmək üçün təzyiqi necə artırır. Məhz buna görə biz Ermənistanın dayanıqlığını dəstəkləməliyik” – deyə jurnalistlərə brifinqdə Kaya Kallas deyib.
AB-nin ali nümayəndəsi həmçinin əlavə edib ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının İrəvana kömək etmək üçün daha nələr edə biləcəyi ilə bağlı müzakirələr aparılır.
Xatırladaq ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan AB üzvü dövlətlərin Xarici işlər nazirləri şurasının iclası çərçivəsində müzakirədə iştirak etmək üçün işgüzar səfərlə Lüksemburqa gedib
Mirzoyan həmçinin AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə də görüşüb.







